İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda iki azyaşlı uşağı olan qardaşı arvadını ölümlə hədələyən şəxs saxlanıldı

Hadisə

29 Oktyabr 2021 20:56 741


İsmayıllı rayonunda iki azyaşlı uşağı olan qardaşı arvadını döyərək ölümlə hədələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən İlham Məmmədov saxlanılıb və izahatı alınıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma davam edir. Təyin olunan ekspertizanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. pizza sifarişi

Qeyd edək ki, hadisə ilə bağlı ötən gün vəkil Rövşanə Rəhimli məlumat yaymışdı.

Mütəmadi olaraq qaynı tərəfindən döyüldüyü iddia olunan qadın rayon polis şöbəsinə müraciət etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!