İsmayıllıda iki nəfərin öldüyü qəzanın səbəbi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda iki nəfərin öldüyü qəzanın səbəbi açıqlandı

Hadisə

05 İyul 2026 15:55 123


Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində iyulun 4-də iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. pizza sifarişi

Qurum bir daha sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.

Qeyd edək ki, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!