İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başladı

saytların hazırlanması

Evə çatdırılma

İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başladı

İdman

19 İyul 2026 23:43 172


Futbol üzrə dünya çempionatının İspaniya və Argentina milli komandaları arasında keçirilən final oyunu planlaşdırılandan 6 dəqiqə gec başlayıb.

"Yeni Sabah" xəbər verir ki, görüş ABŞ-nin Nyu-Cersi ştatının İst-Ratford şəhərində yerləşən "MetLife" stadionunda keçirilir.

Matçın Bakı vaxtı ilə 23:00-da başlaması nəzərdə tutulmuşdu. Lakin start fiti 23:06-da səslənib. Qarşılaşmadan əvvəl geniş açılış mərasimi təşkil olunub. Sezar pizza

Argentina millisi dünya çempionatını üç dəfə qazanıb və turnirin son qalibidir. İspaniya yığması isə bu titula 2010-cu ildə sahib olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!