Dünyanın ən böyük geyim və ayaqqabı pərakəndə satışı ilə məşğul olan İspaniyanın “Inditex” şəbəkəsi (brendlər: Zara, Pull & Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho) Rusiyada qalan 269 mağazasını həmişəlik bağlayacağını açıqlayıb.
Yenisabah.az “El Pais”ə istinadla xəbər verir ki, hazırda “Inditex”in Rusiyada təqribən 500 mağazası var və 2022-ci ildə 9.000-dən çox işçi çalışır. Mart ayında şirkət rəhbərliyi "fəaliyyətlərin fasiləsizliyini təmin etmək" mümkün olmadığını nəzərə alaraq Rusiya Federasiyasında fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, 2022-ci ildə oktyabr ayında “Inditex” Rusiya bölməsini Livandakı “Daher Group” franşizasına satmağa razılaşıb. Dominos pizza
Nəşr yazır ki, “Inditex” martın 5-də Rusiya Federasiyasında fəaliyyətini dayandırdıqdan sonra qalan 269 mağazanın bağlandığını təsdiqləyir.
Məqalədə qeyd edildiyi kimi, şirkətin maliyyə hesabatında şirkətin Rusiyada malik olduğu 514 mağazadan 245-i ilə bağlı aktivlərin və hüquqların ötürülməsi təfərrüatları əksini tapıb.
Onlar ümumi sayın 47,6%-ni təşkil edir.
“Alqı-satqı müqaviləsi bağlandıqdan sonra “Daher” qrupuna aid olan və “Inditex” qrupu ilə heç bir əlaqəsi olmayan brendlərin satış məntəqələri köçürülən ərazilərdə yerləşəcək”, – İspaniya şirkəti bildirib.
“Inditex Corporation” 1985-ci ildə yaradılıb. Şirkətin təsisçisi Amansio Orteqadır.
Telegram kanalımız