İsrailin xarici işlər naziri Gideon Saar Britaniya Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişinə rəsmi qadağa qoyub.
“Yeni Sabah” xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin qərarı Böyük Britaniyadakı siyasi təşkilatın son qurultayında qəbul etdiyi qalmaqallı qətnaməyə cavab addımı kimi qiymətləndirilir.
Məlumata görə, sözügedən qadağadan əvvəl Britaniya Yaşıllar Partiyasının nümayəndələri səsvermə keçirərək sionizmi rəsmi şəkildə irqçiliklə eyniləşdirən sənədi təsdiqləyiblər. İsrail tərəfi bu addımı antisemitizm və ölkənin suverenliyinə qarşı düşmənçilik aktı adlandıraraq qarşı tərəfə sərt diplomatik cavab verib. Gideon Saar bildirib ki, İsrail dövlətinin mövcudluq hüququnu inkar edən və siyasi ideologiyasını irqçilik kimi qələmə verən şəxslərə ölkə qapıları tamamilə bağlı olacaq. Pepperoni pizza
Nazim Hacıyev
Telegram kanalımız