İranla müharibənin ilk günündə İsrail Hərbi Hava Qüvvələri Ali Rəhbər Ayətullah Xameneinin devrilməsindən sonra eks-prezident Mahmud Əhmədinejadı hakimiyyətə gətirtmək istəyib.
"Yeni Sabah" xəbər verir ki, bunu "The New York Times" iddia edib.
Vəziyyətlə tanış olan mənbələrin nəşrə verdiyi məlumata görə, mövcud İran rejimini zəiflətdikdən sonra Əhmədinejadın hakimiyyətə gətirilməsi planları israillilər ABŞ-yə çatdırıb. Lakin onun evinə hücumdan sonra bu plan uğursuzluğa düçar olub. Toyuqlu pizza
Evinin bombalanması zamanı eks-prezident yaralanıb. Bu hücumda onun yaşadığı küçənin girişindəki mühafizə postu dağılıb və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bir neçə üzvü həlak olub. Bundan sonra İsraillə bütün əlaqələr kəsilib. O vaxtdan bəri Mahmud Əhmədinejad ictimaiyyət qarşısında görünməyib, onun hazırkı yeri və vəziyyəti məlum deyil.
Telegram kanalımız