İsrail marixuana ixracından 30 milyard dollar qazanc götürəcək
16 May 2020 13:30
745

İsrail marixuana ixracından 30 milyard dollar qazanc götürəcək

İsraildə tibbi marixuana ixracatının önü açılıb. İxracatın ölkə büdcəsinə 1 milyard dollardan çox qatqısı olacağı gözlənilir. 

Yenisabah.az xəbər verir ki, İsrailin iqtisadiyyat naziri Eli Kohen Tibbi marixuananın başqa ölkələrə satışına icazə verən qərarı imzalayıb. Bu məhsulu almaq istəyən firmalar Səhiyyə Nazirliyinə müraciət edərək tələb olunan lisenziyanı əldə etməlidirlər. 

Bildirək ki, marixuanadan əldə edilən məhsulların tibbi məqsədlər üçün istifadəsinə icazə verilən İsraildə 8 firma marixuana istehsalı ilə məşğuldur. Mütəxəssislər hesab edirlər ki, növbəti 5 ildə tibbi marixuana ixracatından 30 milyard dollara qazanc götürüləcək. 

Sayad Həsənli

 

Oxşar xəbərlər