İsrail mediası və ABŞ-nin CNN telekanalı Vaşinqton və Moskva arasında ciddi gərginliyə səbəb olacaq sensasion araşdırma yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, Rusiya İrana ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdəki ən həssas nöqtəsinə dəqiq zərbə endirməkdə birbaşa köməklik göstərib.
CNN-in araşdırmasına əsasən, Rusiya kəşfiyyat peykləri martın 27-də İranın raketimeylli və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumdan az əvvəl Səudiyyə Ərəbistanında yerləşən "Şahzadə Sultan" aviabazasını intensiv şəkildə izləyib. Moskva tərəfindən ötürülən peyk və kəşfiyyat məlumatları sayəsində İranın endirdiyi bu zərbə ABŞ-nin regiondakı qüvvələrinə qarşı ən dəqiq və ağır itkili hücumlardan biri kimi qiymətləndirilir. pizza mizza
Qeyd olunur ki, sözügedən hücum nəticəsində ABŞ hərbi hava qüvvələrinə məxsus nadir və strateji əhəmiyyətli kəşfiyyat təyyarəsi sıradan çıxarılıb. İsrail mətbuatı bu əməkdaşlığın Moskva və Tehran arasında hərbi-kəşfiyyat alyansının hansı təhlükəli səviyyəyə çatdığını nümayiş etdirdiyini vurğulayır.
Nazim Hacıyev
Telegram kanalımız