İsrail ordusu Qəzza zolağında əsgərləri və anklavın yaxınlığındakı İsrail yaşayış məntəqələrini hücumlardan qorumaq üçün torpaq bənd tikir.
"Yeni Sabah" xəbər verir ki, AP bu barədə peyk görüntülərinə istinadən məlumat yayıb.
Bu görüntülərə görə, İsrail ordusu nəzarət etdikləri ərazinin 50%-dən çoxunu Qəzzanın qalan hissəsindən ayıracaq nəhəng torpaq bənd tikir. Son bir neçə ay ərzində dağıdılmış yaşayış məntəqələrindən keçən 23 kilometrdən çox bənd tikilib; bu, 40 kilometrlik anklavın uzunluğunun yarısından çoxdur. Dominos pizza
Bənd boyunca kəşfiyyat avadanlıqlarının da daxil olduğu təhlükəsizlik zonası yaradılır. Lakin hərbi mənbələr istehkamların nə qədər uzanacağını dəqiqləşdirməkdən imtina ediblər./Axar.az
Telegram kanalımız