İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır - Deputat

saytların hazırlanması

Evə çatdırılma

İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır - Deputat

Sosial

17 İyun 2022 12:37 1052


"Büdcə gəlirlərinin 1.6 milyardını dövlət müəssisələri ödəyir. Əgər iqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədirsə, büdcənin gəlirlərinin əsas hissəsini də məhz dövlət müəssisələri ödəyib". 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, büdcənin icrası ilə bağlı hesabata nəzər saldıqda görünür ki, dövlət müəssisələri vergi ödəmirlər:  pizza sifarişi

"Həmçinin, rəqəmlərə nəzər salanda elmə ayrılan vəsaitin az olduğu qəti görünür. Biz deyirik ki, niyə silahlar İsraildən alınır? Çünki İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır və nəticə ortaya qoyulur. Elmə pul ayırmadan onu inkişaf etdirmək mümkün deyil". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!