İsraildə “erməni soyqırımı“na abidə - Türkiyə səfiri etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

İsraildə “erməni soyqırımı“na abidə - Türkiyə səfiri etiraz etdi

Dünya

15 Mart 2023 17:18 1771


İsrailin Hayfa şəhər şurasının "erməni soyqırımı"nı tanımaq qərarı 2022-ci ildə normallaşan İsrail-Türkiyə münasibətləri üçün ciddi sınaq ola bilər.

Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, Türkiyə səfiri İsrail hökumətinə müraciət edərək "soyqırımı qurbanları"nın xatirəsinə abidənin ucaldılmasının qarşısının alınmasını tələb edib.

İsrail hakimiyyəti bu tələbi yerinə yetirməkdən imtina edərsə, Ankara ilə münasibətlərdə soyuqluq yarana bilər.

Türkiyənin səfiri Şakir Özkan Torunların məktubu İsrailin mədəniyyət və idman naziri Miki Zohara ünvanlanıb və o, cavab verməkdən çəkinərək diplomatın müraciətini Xarici İşlər Nazirliyinə göndərib.

İsrail Xarici İşlər Nazirliyinin rəhbərliyi memorial məsələsi ilə bağlı məsləhətləşmələr aparıb. Torunların məktubunun cavabsız qalması tövsiyə olunub.

Türkiyə tərəfi tədbir görməkdə israr edərsə, Ankaraya izah ediləcək ki, bu, İsrail hökumətinin və ya dövlət qurumunun deyil, yerli hakimiyyət orqanlarının qərarıdır.

Xatırladaq ki, İsrail Türkiyə ilə münasibətləri korlamaqdan ehtiyat edərək ermənilərin qətliamını soyqırım kimi tanımır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!