İsrailin yeni hökuməti dekabrın 29-da parlament qarşısında and içəcək.
Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, yeni hökumət Knesset tərəfindən ratifikasiya olunacaq və cümə axşamı günü rəsmi olaraq hakimiyyəti ələ alacaq.
“Likud” partiyasının lideri Benyamin Netanyahu parlamentin yeni koalisiyasının üzvlərinə mesaj göndərərək sessiyanın dekabrın 29-da yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 13:00) başlayacağını bildirib. pizza hut
Knessetin spikeri Yariv Levin ədliyyə naziri postunu tutmaq üçün istefa verməli olduğu üçün cümə axşamı günü keçiriləcək iclasda yeni parlament sədri də seçiləcək.
Xatırladaq ki, dekabrın 22-də Benyamin Netanyahu İsrail prezidenti Yitzak Herzoqa hökuməti formalaşdırmağa nail olduğunu bildirib. 73 yaşlı Netanyahu bundan əvvəl 1996-1999 və 2009-2021-ci illərdə ölkənin Baş nazir olub.
Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində partiyası birinci yeri qazanan Netanyahu noyabrın 13-də prezidentdən hökumət qurmaq mandatını alıb.
Netanyahunun mandatının müddəti dekabrın 11-də başa çatıb, bundan sonra Herzoq ölkənin yeni hökumətinin formalaşdırılması üçün Netanyahuya verilən müddəti daha 10 gün uzadıb. Noyabrın 1-də İsraildə növbədənkənar parlament seçkiləri keçirilib.
Səsvermənin nəticələrinə görə, “Likud” partiyası 120 mandatdan 32-ni, hazırkı Baş nazir Yair Lapidin partiyası isə 24-nü alıb. Bu seçkilər 2019-cu ildən bəri İsraildə keçirilən beşinci seçkidir.
Telegram kanalımız