İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif edir

saytların hazırlanması

Evə çatdırılma

İsrailli nazir Beyrutu yer üzündən silməyi təklif edir

Dünya

31 May 2026 22:02 41


İsrailin radikal sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın paytaxtı Beyrutu bombalamağı və yer üzündən silməyi təklif edib.

“Yeni Sabah” xəbər verir ki, o, ölkəsinin Livanla sərhədinə gedib və orada bu bəyanatı səsləndirib.

İtamar Ben-Qvir xüsusi ilə Beyrutun güneyində yerləşən Dahiye yaşayış məntəqəsini tamamilə dağıtmağa çağırıb: “Buranı düm-düz etməliyik”. pizza sifarişi

Nazir deyib ki, əvvəllər Livanla atəşkəsin tam əleyhinə olub, indi də əleyhinədir:

“Biz burada şimal sərhədində, Shtula qəsəbəsindəyik və çox aydın, çox açıq şəkildə deyirik ki, Dahiyeni yerlə-yeksan etməliyik, Dahiye yerlə-yeksan edilməlidir! Əvvəlki atəşkəsin dayandırılmasına qarşı idim, bu gün də deyirəm ki, oranı mütləq yerlə-yeksan etməliyik.

İsrailin Baş naziri Benyamin Netanyahu, səni sevirəm. ABŞ Prezidenti Donald Trump, sənə də hörmətim var. Amma Dahiye tamamilə yerlə-yeksan edilməlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!