İstanbulda “İnterpol”un axtardığı məşhur repçi saxlanıldı - İnsanlar ayağa qalxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda “İnterpol”un axtardığı məşhur repçi saxlanıldı - İnsanlar ayağa qalxdı - Foto

Şou

30 Yanvar 2020 10:00 1432


“İnterpol” tərəfindən axtarılan İranın repçisi Emir Hüseyin Maksudlu İstanbulda saxlanılıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, Maksudlu miqrasiya məsələsinə görə saxlanılıb və bu şəxsin “İnterpol”un qırmızı xətti ilə axtarıldığı üzə çıxıb.

Türkiyəyə 2019-cu ildə gələn və viza müddətini pozan ifaçı nəzarətə alınaraq polis idarəsinə aparılıb. O, İranda “narkotik istifadəsini təşviq etmək” cinayətinə görə axtarılırmış. pizza mizza

Saxlanıldıqdan sonra 2 milyon izləyicisi olan sosial şəbəkə hesabında əlləri qandallı fotosunu paylaşan repçinin fanatları ayağa qalxıblar. Türkiyəli sevənləri polis bölməsinin qarşısına toplaşaraq aksiya keçiriblər. Onlar 33 yaşlı Emirin edam cəzası alacağı qənaətindədir və buna görə də İrana göndərilməsinə qarşı çıxıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!