İstiliklə təchizatdakı yubanmalara aydınlıq gətirilib -   Video

saytların hazırlanması

Evə çatdırılma

İstiliklə təchizatdakı yubanmalara aydınlıq gətirilib - Video

İqtisadiyyat

19 Noyabr 2020 17:26 1372


Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda istehlakçıların istiliklə təchizatına 3 gün gecikmə ilə, ötən gündən başlanılıb.

Yenisabah.az xəbər verir ki, yubanmaya səbəb “Azəristiliktəchizat” ASC-nin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcunun olmasıdır.

Səhmdar cəmiyyətinin sədri müavini İlham Mirzəliyev müsahibəsində bütün bu məsələlərə aydınlıq gətirib. Marqarita pizza

Onun sözlərinə görə, artıq qazanxanaların 85 %-dən çoxunun fəaliyyəti bərpa edilib, bu rəqəm günün sonuna qədər 100%-ə çatdırılacaq. (Report)

Qeyd edək ki, istilik mövsümü dağ və dağətəyi rayonlarıda noyabrın 1-də, digər ərazilərdə, o cümlədən paytaxt Bakıda isə noyabrın 15-də başlayır. 2020-2021-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3 870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1 950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!