“İstintaqda ifadə verməyə hazıram”  - Nikol Paşinyan
10 May 2021 17:40
1425

“İstintaqda ifadə verməyə hazıram” - Nikol Paşinyan

“Qarabağdakı 44 günlük müharibə və danışıqlar prosesi xüsusi parlament komissiyası tərəfindən araşdırılmalıdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan hökuməti başçısı vəzifəsini icra edən Nikol Paşinyan Milli Məclisinin xüsusi iclasında bildirib.

Baş nazir əvəzi istintaqda ifadə verməyə hazır olduğunu vurğulayıb. “Şəxsi ofisim və yaşayış yerim də axtarışa hazırdır. Hərgah məlum hadisələr zamanı onsuz da mini axtarışa məruz qalıb, ancaq orada şübhəli bir şey olsaydı, mütləq tapardılar”.

Eyni zamanda, Nikol Paşinyan 44 günlük müharibəni araşdırmaq üçün parlament komissiyasının yaradılması məsələsinin hakimiyyətin gündəminə çevrilməli olduğunu və baş nazir də daxil olmaqla, aidiyyətli şəxslər dairəsinin sorğulanmalı olduğunu bildirib.

O əlavə edib ki, yalnız istintaq komissiyanın formatı deyil, həm də atmosfer çox vacibdir, çünki onu keçən ilin noyabrında yaratmaq qeyri-mümkün olardı. “Mən hazıram və gizlədəcək bir şeyim olmadığını bilirəm. Razılaşaq ki, bu, yeni parlamentin ən vacib tapşırıqlarından biri olacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər