İstirahət mərkəzində zəhərlənmə təsdiqini tapmadı

saytların hazırlanması

Evə çatdırılma

İstirahət mərkəzində zəhərlənmə təsdiqini tapmadı

Sosial

14 Avqust 2023 17:17 543


Hacıqabulda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Agentlik birib ki, Oğuz rayonundan istirahətdən qayıdarkən Şirvan şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət etmiş Bakı şəhər sakinlərinin qida zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar təsdiqini tapmayıb. pizza mizza

Xəstəxanaya 8 nəfər müraciət edib.

Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qan analizləri götürülüb və analizlərin nəticəsinə əsasən qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Həkim "mədə-bağırsaq pozuntusu" diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar.

AQTA bir daha bildirib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!