İsveçdə suriyalı qaçqınla bağlı verilən qərar qalmaqala səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

İsveçdə suriyalı qaçqınla bağlı verilən qərar qalmaqala səbəb oldu

Dünya

14 Yanvar 2023 20:22 926


İsveçdə 22 yaşlı suriyalı qaçqın Məcid barəsində Appelyasiya Məhkəməsi tərəfindən verilən qərar böyük qalmaqala səbəb olub.

Yenisabah.az yerli KİV-ə istinadla xəbər verir ki, 17 yaşı olarkən Suriyadan İsveçə qaçan Məcid burada oğurluq, təcavüz, narkotik, bıçaqlama kimi ümumilikdə 8 dəfə cinayət işləyib.

Avqust ayında qonşuların şikayətindən sonra onun qaldığı evə polis basqın etmiş və evdə huşunu itirən bir qadın tapılmışdı. Qadının ifadəsinə görə Məcid ona 1 il boyunca sistematik şəkildə təcavüz etmiş, döymüş və işgəncə vermişdi. Daha sonra qadını hamilə qoyan Məcid onu küt alətlərlə döyməyə davam etmişdir. Toyuqlu pizza

Elə buna görə də, Ångermanlands bölgə məhkəməsi ötən ilin noyabr ayında suriyalı qaçqın barəsində 9 ay həbs, 120 min kron təzminat, onun Suriyaya deportasiya edilməsi və 5 il boyunca İsveçə girişinin qadağan edilməsi qərarını vermişdi. Lakin buna baxmayaraq, dövlət ittihamçısı appelyasiya şikayəti verərək, cəzanın yüngül olduğunu bildirmiş və 10 il həbs tələb etmişdir.

Bir neçə gün öncə isə Appelyasiya Məhkəməsi şikayətin əksinə deportasiya qərarını ləğv edib. Məhkəmə bildirib ki, Məcidin 17 yaşında İsveçə gəlməsi, tezliklə “valideyn ola bilməsi” və deportasiya edilərsə, öz ölkəsində hərbi xidmətə çağırılması riski olduğu üçün deportasiya qərarı ləğv edilmişdir.

Qeyd edək ki, bu qərar başda hüquqşünaslar və media qurumları olmaqla, İsveç cəmiyyətində qalmaqala səbəb olub. Təcavüz edilərək qadının hamilə qalması ilə bağlı Appelyasiya Məhkəməsinin rəsmi qərarında “Məcidin valideyn ola bilməsi” sözlərinin ifadə edilməsi siyasətçilər tərəfindən də sərt tənqid edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!