İtaliyalı mütəxəssis tərəfindən ödənişsiz olaraq ağır endoprotez əməliyyatları icra edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İtaliyalı mütəxəssis tərəfindən ödənişsiz olaraq ağır endoprotez əməliyyatları icra edildi - Fotolar

Maraqlı

13 Oktyabr 2022 20:22 988


İtaliyanın məşhur travmatoloq cərrahı Pier Giorgio Vasina Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) ağır endoprotez əməliyyatları icra edilib.

Yenisabah.az xəbər verir ki, TƏBİB-in dəvəti ilə Azərbaycana gələn italyan cərrah Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ölkə travmatoloqları üçün seminar keçib.

Təşkil edilən seminar 2 hissədən (interaktiv əməliyyatlarvə mühazirə) ibarət olub. İnteraktiv əməliyyatlar zamanı P.G.Vasina ölkə cərrahları ilə icra etdiyi əməliyyatın texniki üsullarını bölüşüb, reviziya əməliyyatları zamanı istifadə etdikləri metodları əyani şəkildə təqdim edib. pizza hut

Mühazirə hissəsi isə mürəkkəb xəstələrin müzakirəsi şəklində aparılıb.

Qeyd edək ki, dövlət müəssisələrində xarici mütəxəssislərin icbari tibbi sığorta çərçivəsində vətəndaşlara və tibb heyətinə ödənişsiz xidməti ilk dəfə həyata keçirilir.

Məlumat üçün bildirək ki, P.Giorgia Vasinanın 13-14 oktyabr tarixində ETTOİ-dəki əməliyyatları icbari tibbi sığorta hesabına tam ödənişsiz icra edilir.

İtalyan cərrahın təcrübələrini bölüşmək məqsədilə ölkəmizə səfəri mütəmadi olaraq təşkil ediləcək.Bir 2 nəfər şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, xəstəxana və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!