İtlərin parçaladığı uşağın vəziyyəti necədir? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

İtlərin parçaladığı uşağın vəziyyəti necədir? - AÇIQLAMA 

Sosial

05 Mart 2024 10:58 493


Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin  ağır olduğu bildirilirdi. 

Azyaşlının anası Fatma Şahbazova  hadisə ilə bağlı danışarkən qeyd edib ki, dostları ilə həyətdə oynadığı vaxt üç it oğluna hücum edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb.

Modern.az azyaşlının bugünkü vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.  pizza mizza

Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd uşağın hazırkı vəziyyəti ilə bağlı saytımıza bunları deyib: 

“İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiyada müalicəsi davam etdirilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!