İyul ayında qış havası - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

İyul ayında qış havası - XƏBƏRDARLIQ

Sosial

29 İyun 2023 13:19 85503


İyulun 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək, arabir yağış yağacağı ehtimalı var.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. pizza sifarişi

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!