Jirinovskisayağı “çıxış yolu”: “Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...”
27 Fev 2021 18:34
319

Jirinovskisayağı “çıxış yolu”: “Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...”

Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları səngimir.

Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski "Komsomolskaya pravda" radiosunun efirində böhran vəziyyətindən çıxmaq üçün öz təklifini verib.

"Bundan sonra nə olacaq? Artıq otuz ildir ki, orada belədir. Əgər erməni problemini götürsək, bu, artıq üç yüz ildir, bəlkə də min ildir. Qərar çarın dövründə olduğu kimi -  birdir: Rusiyanın tərkibində Yerevan quberniyası. Hamısı sakitləşəcək", - siyasətçi bildirib.

Deputatın fikrincə, danışıqlar üçün hamını bir yerə yığmaq  və dəyirmi masa keçirmək mümkün deyil.

“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsünüz, parlamentin iclası artıq keçirilməyib. Çünki Paşinyanın “Mənim addımım” partiyası gəlmir, partiya liderləri. Və iclası açmırlar. Yəni orada dəyirmi masa mümkün deyil. Ermənistan dünyanın o hissəsində - Qafqaz, Şərq - yerləşir ki, orada bütün məsələlər güclə həll olunur”, - deyə Jirinovski izah edib.

Deputat qeyd edib ki, ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalıdır və imtina etsələr, bundan sonra Ermənistana kömək edilməməlidir.

"Əgər istəmirlərsə, qoy qalsınlar. Amma biz oraya bir əsgər də göndərməyəcəyik. Heç bir mərmi də. Heç bir yardım etməyəcəyik. Amerikalılara isə yardım etmək çətindir", - deyə RLDP sədri fikrini yekunlaşdırıb.

Liberal-Demokrat Partiyasının sədri hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika sakinləri yeni siyasi rejim formatında oyanacaqlar.

Jirinovskinin fikrincə, Nikol Paşinyan tezliklə xaricə qaça və ya Amerika səfirliyində "gizlənə" bilər.

“Dəyişiklik qaçılmazdır. Və bu mütləq deyil ki, rusiyapərəst olsunlar. Hər halda, onlar NATO tərəfdarı deyillər. Çünki NATO tərəfdarları, amerikayanlılar Paşinyanın şəxsində iqtidardadırlar”, - deyə rusiyalı siyasətçi əlavə edib.  /Virtualaz.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər