Kadırov qardaşı oğlunu nazir təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

Kadırov qardaşı oğlunu nazir təyin etdi 

Maraqlı

02 Fevral 2023 14:20 816


Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, 26 yaşlı Həmzət Kadırov respublikanın əmlak və torpaq münasibətləri naziri təyin edilib.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ramzan Kadırov Çeçenistan hökumətinin iclasını keçirib. O, Çeçenistan Respublikasının yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim edib. 

“Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə qurumlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut edib. Ona yeni vəzifəsində uğurlar arzulayıram”, - Kadırov deyib.  pizza sifarişi

Həmzət Kadırov 2017-ci ildə Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini bitirib. O, regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistan rəhbərinin köməkçisi, Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman naziri, Çeçenistan katibliyinin rəhbəri vəzifələrində çalışıb../Modern.az  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!