Kadırov: “Rusiyadan qaçanlar ətək geyinsinlər“

saytların hazırlanması

Evə çatdırılma

Kadırov: “Rusiyadan qaçanlar ətək geyinsinlər“

Dünya

07 Oktyabr 2022 17:31 1090


Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanı tərk edənlərə ətək geyinib özlərinə qadın adları götürməyi tövsiyə edib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Kadırov bildirib:

“Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara məsləhət görürəm ki, ətək geyinsinlər, özlərinə qadın adı götürsünlər. Baxmayaraq ki, tariximizdə hətta qadınlar da kişilərlə bərabər şəkildə sona qədər mübarizə aparmağa cəsarət göstəriblər”. Marqarita pizza

Çeçenistan rəhbəri əlavə edib ki, ölkədə yalnız qismən səfərbərlik elan edilib, lakin bu, hər bir şəxsə öz vəzifəsini yerinə yetirmək və döyüşdə faydalı bacarıqlar təklif etmək üçün kifayətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!