Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çexiyada oğurlanmış “Zazu” adlı atının ən azı 10 milyon dollar dəyəri var.
Yenisabah.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Kadırov yazıb: “Xahiş edirəm, atımın qiymətini aşağı salmayın. Kütləvi informasiya vasitələri atın 18 min dollar dəyərində olduğunu açıqlayıb. Çox güman ki, bu süni qiymət endirimi texniki qulluq və xidmət üçün cavabdeh olan bəzi maliyyə maxinasiyaları ilə bağlıdır, lakin saf cins “Zazu”nun qiyməti azı 10 milyon dollardır”. Dominos pizza
O qeyd edib ki, ona qarşı sanksiyalara görə “Zazu” 2014-cü ildə də əziyyət çəkib:.
“Mənim atım Qərbin iyrənc zərbəsini öz üzərinə götürdü”, – deyə Çeçenistan prezidenti yazıb.
O, təsadüflərə inanmadığını qeyd edib:
“Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi təəssüf doğurur. “Zazu”nun pis əllərə düşə biləcəyindən narahatam”.
Çexiya polisi ingilis cinsindən olan damazlıq atın oğurlanması ilə bağlı işi araşdırır.
Telegram kanalımız