9 Avqust - 06:32
Kağız kəsiyi niyə bu qədər ağrı verir?

Kağız kəsiyi niyə bu qədər ağrı verir?

Digər

02 Dekabr 2021 17:38 810


Heç kağızla barmağınızı kəsdiyiniz olubmu?

Yenisabah.az bu barədə apardığı araştırmanı sizlərə təqdim edir.

Bildiyimiz kimi, bədənimizdə yüzlərlə sinir var. Bu sinirlər başdan ayağa bütün bədənimizə yayılıb. Xüsusilə, əllərimizdə və barmaqlarımızda sinir ucları lap sıx şəkildə yığılmışdır. Buna görə də, kürək və ya qol kimi digər bədən bölgələrdən daha həssasdır və asanlıqla təzyiq, ağrı və istilik hiss edə bilir.

Barmaqlarımızın uclarında bədənimizin digər hissələrinə nisbətən daha çox sinir lifləri var. Kağızla kəsdiyimiz barmağımızdakı sinirlər ağrı vasitəsilə beyinə dərhal xəbərdarlıq siqnalları göndərir; zədələnmiş sinir ucları açıqda qalır və davamlı olaraq beyinə siqnal ötürür.

Qey edək ki, kağız kəsiyi kimi bir vəziyyətlə qarşılaşdığınızda əlimizi yumaq və barmağınızı bandajla sarımaq faydalı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!