40 yaşlı amerikalı pop müğənnisi Britni Spirs xatirələrini yazıb bitirib.
Yenisabah.az TMZ-yə istinadla xəbər verir ki, kağız qıtlığına görə o, memuarlarını buraxa bilmir.
Xatirələr 2023-cü ilin yanvarında "Simon & Schuster" tərəfindən nəşr edilməli idi, lakin Spirs və komandası memuarın buraxılış tarixini qeyri-müəyyən müddətə təxirə salmalı olub. Dördpendirli pizza
Müğənni bu ilin fevralında memuar yazmaq üçün bir nəşriyyatla müqavilə imzalayıb. Eyni zamanda, "Simon & Schuster" Spirsə 15 milyon dollar avans ödəyib. Müəllifin materialında ifaçı yaradıcılıq fəaliyyəti haqqında danışmağı, habelə ona qəyyumluq dövründə ailəsi ilə olan münaqişələri işıqlandırmağı planlaşdırıb.
Kağız qıtlığının əsas səbəbi iki amil olub: birincisi, pandemiya dövründə insanlar daha çox çap nəşrləri sifariş etməyə başlayıb; ikincisi, sellüloz-kağız zavodlarının işçiləri kütləvi şəkildə ixtisar olunub.
Telegram kanalımız