Kahı adı ilə daşınan yükdə külli miqdarda narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Kahı adı ilə daşınan yükdə külli miqdarda narkotik aşkarlandı

Kriminal

02 İyun 2026 10:30 98


Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən "Yeni Sabah"a verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri “kahı“ ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram  külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!