Kaliforniyaya milyardlarla dollarlıq təhlükə: El-Ninyo yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

Kaliforniyaya milyardlarla dollarlıq təhlükə: El-Ninyo yaxınlaşır

Dünya

28 Sentyabr 2026 20:34 86


Sakit okeanda suyun temperaturunun yüksəlməsi ABŞ-nin Kaliforniya ştatına milyardlarla dollar zərər vura bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə təbii fəlakət risklərinin modelləşdirilməsi üzrə mütəxəssislər bildiriblər.

Kaliforniya hakimiyyəti daha əvvəl güclü fırtına təhlükəsi ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. pizza mizza

"Google Ventures" tərəfindən dəstəklənən iqlim risklərinin təhlili şirkəti "Climate X"in qiymətləndirməsinə görə, bu qış El-Ninyo Kaliforniyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 2-3 milyard dollar məbləğində zərərə səbəb ola bilər.

"Climate Central" qeyri-kommersiya təşkilatının hesablamalarına görə, Kaliforniyada daşqınların vurduğu zərər orta hesabla ildə təxminən 500 milyon dollar təşkil edir.

El-Ninyo Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun anomal səviyyələrə yüksəlməsi ilə müşayiət olunan təbii hadisədir. Nəticədə temperatur rejimində və yağıntıların miqdarında dəyişikliklər baş verə bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!