Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

saytların hazırlanması

Evə çatdırılma

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Siyasət

12 Oktyabr 2026 10:26 1130


Kamboca Krallığının Baş naziri Hun Manetin oktyabrın 12-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

"Yeni Sabah" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı. pizza

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!