Kameralar məhv edildi: bəs, erməni terrorçular?

saytların hazırlanması

Evə çatdırılma

Kameralar məhv edildi: bəs, erməni terrorçular?

Siyasət

03 Mart 2023 18:44 1802


Ordumuzun Ağdam və Xocavənd istiqamətlərində erməni silahlı dəstələrinin üç videomüşahidə kamerasını sıradan çıxarması tam qanunidir. Hətta bu addım bir qədər əvvəl atılmalı idi.

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Ordumuzun fəaliyyətlərinin Ermənistan və separatçılar tərəfindən izlənilməsinin yolverilməz olduğunu vurğulayıb:

“Qarabağ ərazisində Azərbaycan Ordusunun fəaliyyətlərini yalnız dövlətimiz müşahidə edə bilər. Qarşı tərəfin, erməni separatçılarının və ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin Ordumuzun fəaliyyətləri haqqında məlumatlar əldə etməsi qanunlarımıza ziddir. Ümid edirəm ki, bundan sonrakı addımlarımız həmin ərazidəki düşmən mövqelərinin darmadağın edilməsi və oradakı erməni terrorçularının ərazidən tamamilə çıxarılması olacaq”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!