“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Kamil Zeynallı elədiklərinin qarşılığında...” - Flora Kərimova

Şou

09 Noyabr 2021 01:48 4094


"Bir insan pis əmələ əl atanda ona ya Allah xofu mane olar, ya öz "Allahı" olan vicdanı! Bu bir il ərzində nə yalanlar eşitmişəm, nə şərlər görmüşəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova haqqında yalan məlumat yayan saytları tənqid edərkən deyib.

"Deyirdim ki, 81 yaşımda məni insanlıq təəccübləndirə bilməz, amma hər gün aldığım xəbərlər yanıldığımın təsdiqidir. 80 yaşımda aldığım ilk təqaüdü qazilərə bağışladım. Yazdılar ki, "yalandır", "özünü göstərir", "bu da artistlik edir" və s. Sonra Kamil Zeynallının elədiklərinin qarşılığında ona deyilənləri gördüm, dedim ki, mən şükürlüyəm. pizza mizza

Yeddi gün öncə bu platformadan 11 yaşlı qızın taleyinə biganə qala bilmədim, ürək sözlərimi yazdım. Olduğu kimi yayanlar da oldu.

Məni "Allahsız", "ateist", "kafir" etdiniz bəs olmadımı?! Bəs, sizin Allahınız var? Allahınıza nə cavab verəcəksiniz? Kimisə söydürmək, alçatmaq sizə zövq verir?! Kiminsə həyatını sındırmaq bu qədər asandır?! Tutaq ki, bundan 10 manat qazandınız, yaxud da kiminsə sifarişi ilə qazandınız. Vicdanınız sızlamır, haramı necə yeyirsiz? Yazdıqlarımı öz başlarına görə başlıq qoyaraq dəyişdirənlərlə məhkəmədə görüşəcəyik"./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ƏZİZİMİZ FLORA XANIM BELƏLƏRİ ÜÇÜN VİCDAN DA, LƏYAQƏT DƏ puldur XALQIMIZ SİZİ DƏ, KAMİL. ZEYNALLINI DA YAXŞI TANIYIR VƏ SEVİR. ALLAH HƏR İKİNİZİ ŞƏR QÜVVƏLƏRDƏN QORUSUN BAYRAMINIZI TƏBRİK EDİRƏM.
    5 years ago