Kamil Zeynallı: “Sən kiminsə anasına, bacısına ilişirsənsə...“

saytların hazırlanması

Evə çatdırılma

Kamil Zeynallı: “Sən kiminsə anasına, bacısına ilişirsənsə...“

Şou

04 Oktyabr 2022 17:34 1269


Tanınmış fitness məşqçisi Kamil Zeynallı narkomaniya ilə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, Tarix Əliyevin (Tolik) “Ümid ilə gəl” sosial proqramının qonağı olan idmançı bu mözuda fikirlərini bölüşüb.

O, dostlarının bəzən bu mövzuda danışmamağı məsləhət gördüyünü açıqlayıb: Dördpendirli pizza

"Narkotiklə bağlı çıxışlar edəndə həm ətrafımda, həm də kənardan çox zənglər gəldi ki, Kamil, ehitiyatlı ol, sənə problem olacaq. Təbii ki, fikir vermirdim, baş qoşmurdum. Məsəli yaxşısından uzaq, bizdə bir az qorxu var. İnsanlar bu mövzuda danışmağa qorxurlar ki, problem olar.

Az öncə anamız deyir ki, məhəllədən qız-gəlin keçə bilmir, ilişirlər. Kiminsə anasına, qızına ilişmək şərəfsizlikdir. Görün, narkotik bunları hansı həddə çatdırıb. Bəzi insanların bu yolda namusu, şərəfi, qeyrəti gedir. Artıq ortada tapmağa birşey qalmır. Sən kiminsə anasına, bacısına ilişirsənsə, deməli, sən adam, kişi deyilsən".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!