Kamran İmanov fransalı dekanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Kamran İmanov fransalı dekanla görüşdü

Sosial

01 Fevral 2019 02:17 1307


Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Lumiere Lion 2 Universitetinin Hüquq fakültəsinin dekanı professor Giyoni Protyeri qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev də iştirak edib. Azərbaycanın müəllif-hüquq sisteminin Avropa doktrinasına, xüsusilə də Fransa sisteminə əsaslandığını qeyd edən Agentliyin sədri ümumilikdə əqli mülkiyyət sahəsində ölkəmizdə geniş islahatların aparılmasını nəzərə çatdırıb.

Bak Dövlət Universiteti və Lion Universiteti arasında əqli mülkiyyət hüququ üzrə birgə magistr proqramının təşkil olunmasını yüksək qiymətləndirən K.İmanov Agentliyin hər zaman təhsil proqramlarına dəstək verdiyini vurğulayaraq iki təhsil müəssisəsi arasında həyata keçiriləcək bu layihənin Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!