Ötən gecə göyərtəsində miqrantların olduğu gəmi Kanar adaları yaxınlığında batıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Tan-Tan şəhərindən Kanar adalarına istiqamət götürən gəminin batması nəticəsində 3-ü uşaq, 11-i qadın olmaqla, 51 miqrant ölüb. Dominos pizza
Gəmidə olan 4 nəfər sağ qalıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyi bu il Kanar adalarına dörd mindən çox qeyri-leqal miqrantın gəldiyini açıqlayıb.
Telegram kanalımız