Karantin rejimi sərtləşdirilə bilər - “Pandemiya davam edir”

saytların hazırlanması

Evə çatdırılma

Karantin rejimi sərtləşdirilə bilər - “Pandemiya davam edir”

Sosial

11 Noyabr 2022 12:53 898


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halı nəzərəçarpacaq dərəcədə azalıb. Bəzən bu rəqəm 6-76 civarında olur.

Bununla paralel olaraq Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda karantin rejimi 2023-cü il 1 yanvar saat0 06:00 kimi uzadılıb.

Son günlər ölkədə yoluxma sayının kəskin azalmasını nəzərə alsaq, karantin rejiminin vaxtının uzadılması sual doğurur. Toyuqlu pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında ölkədə pandemiyanın hələdə davam etdiyini bildirib:

“Dünya Səhiyyə Təşkilatının pandemiyanın sona çatması ilə bağlı raportu hələki ortada yoxdur. Ona görə də  karantin davam edir. Sadəcə olaraq, yumşalmalar sayəsində biz onu hiss edə bilmirik. Amma karantin hələ də davam edir və pandemiyanın sonuna qədər karantin dünyanın hər yerində davam edəcək. Epidemoloji vəziyyətlərdən asılı olaraq karantin rejimi sərtləşdirilə də bilər, yumşala da”.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!