“Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar“

saytların hazırlanması

Evə çatdırılma

“Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar“

Sağlamlıq

28 Mart 2020 23:53 998


Tanınmış həkim transplantoloq Mircəlal Kazımi koronavirusun yayılması mexanizminin riyazi hesablamasını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, cərrah AzTV-də “Evdə qal” verilişində Azərbaycanda virusun yayılma riskini belə qiymətləndirib:

“İnsanlara rəqəmləri demək, izah etmək lazımdır. Rəqəmlər üzərində danışsaq, məsələnin ciddiyyəti anlaşılar. Marqarita pizza

COVİD 19-a yoluxmuş insanların 80%i sağalır. 20%-də xəstəlik qalır və ağırlaşır. Bunun da müəyyən faizi ölümlə nəticələnir.

Belə bir hesablama apararaq nəzərə alaq ki, Bakıda 3 milyondan çox insan yaşayır. Bu sayın 20%-i nə qədər edir. 600 min. Təsəvvür edin, biz karantinə ciddi əməl etməsək, çox yox cəmi 1 həftəyə 600 min xəstə olması realdır.

Bu bilirsiz nə qədər adam deməkdir. Təkcə bir binada 520 mənzil var. 600 min insan təsəvvür edirsiz, nə qədər əhali, nə qədər mənzildir. Əgər bu rəqəmin içində olmaq istəmirsizsə, bu günlərdə evdən çölə çıxmamalısız”. /Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!