Kardaşyan uşaqları üçün pianoçu kirayələdi

saytların hazırlanması

Evə çatdırılma

Kardaşyan uşaqları üçün pianoçu kirayələdi

Şou

13 Dekabr 2021 14:43 901


Amerikalı televiziya ulduzu Kim Kardaşyan pərəstişkarlarını heyrətləndirməyə davam edir.

Yenisabah. az xəbər verir ki, o, "Instagram-stories"də qaradərili pianoçu Filip Kornişin qonaq otağında piano ifa etdiyi videonu yerləşdirib.

Məlum olub ki, ulduz dekabr ayı boyunca hər səhər gəlib Kimin uşaqlarını öz ifası ilə yuxudan oyatmaq üçün bir musiqiçi kirayələyib. Sənətçi teleulduzun Kanye Uestdən olan dörd övladının evində bayram əhval-ruhiyyəsi yaratmaq üçün Milad melodiyaları ifa edəcək. Dominos pizza

Kim şəxsi bloqunda da yazıb: "Dekabr ayında hər səhər Filip uşaqları oyatmaq üçün pianoda Milad musiqisi çalmağa gəlir". 

Xatırladaq ki, Kim Kardaşyan və onun keçmiş əri, reper Kanye Uestin dörd övladı var: 8 yaşlı Nort, 6 yaşlı Sent, 3 yaşlı Çikaqo və 2 yaşlı Psalm (sonuncu ikisi surroqat anadan).

Bu yaxınlarda Kardaşyan Los-Anceles məhkəməsinə müraciət edərək onu əri Kanye Uestdən "dərhal" boşamaq və qızlıq soyadını qaytarmaq tələbi ilə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!