Keçmiş arvadını geri qaytara bilməyən ər dəhşət törətdi - Bakıdakı qanlı cinayətin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadını geri qaytara bilməyən ər dəhşət törətdi - Bakıdakı qanlı cinayətin təfərrüatı

Kriminal

09 Dekabr 2019 13:09 1193


Bakının Binəqədi rayonunda bacı-qardaşın zərər görməsi ilə nəticələnən qanlı cinayətin təfərrüatı məlum olub.

"YeniS abah" bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Qeyd edək ki, dekabrın 7-də Rəsulzadə qəsəbəsində 31 yaşlı Elmar Mərdan oğlu Qırxlarov 21 yaşlı Ayşən Abil qızı Qırxlarova və 25 yaşlı qardaşı İlkin Abil oğlu Mənsimliyə bıçaq zərbəsi endirib. Dominos pizza

Həkimlər Ayşənin tibbi ekspertizası zamanı bədənində - ikisi qarın nahiyəsində olmaqla, yeddi bıçaq zərbəsi aşkar ediblər.

İkinci zəzərçəkmişin də qarın nahiyəsində iki bıçaq zərbəsi aşkarlanıb.

Yaralılar ağır vəziyyətdə 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən saxlanılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərərvurma) ilə cinayət işi açılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib. Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncu onu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Faktla bağlı araşdırma davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!