Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI: Boşanandan sonra...

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI: Boşanandan sonra...

Hadisə

27 Oktyabr 2023 15:01 5346


Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin təfərrüatı məlum olub.

“Trend”in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib.

Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib. Dominos pizza

Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!