“Keçmiş ərim uşaqlarımın ağlını başından aldı“ - Nura

saytların hazırlanması

Evə çatdırılma

“Keçmiş ərim uşaqlarımın ağlını başından aldı“ - Nura

Şou

02 İyul 2022 11:47 2296


Müğənni Nura Suri övladları barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “SözBaz” verilişinə danışan ifaçı övladlarının Amerikada yaşamaq istədiyini bildirib:

“Mən övladlarımı İngiltərəyə göndərirdim, amma istəmirdilər. Axırıncı dəfə ortancıl oğlumu İngiltərəyə yay məktəbinə yolladım, getdi, gəldi, dedi ki, mən İngiltərəni istəmirəm, Amerikaya gedəcəyəm. pizza hut

Düşünürəm ki, keçmiş həyat yoldaşım uşaqlarımın ağlını başından aldı, onları Amerikaya yönəltdi”.

Şou-biznesin bugünkü durumundan danışan N.Suri artıq mahnıların əvvəlki kimi sevilib, dillər əzbəri olmadığını deyib:

“Fikir verin, nə tüklərin, nə özümüzkülərin yeni ifaları gündəmdə olub, hamının dilində əzbər olan mahnı, danışılan klip yoxdur. Hansısa mahnıları sadə videolarla insanlar özləri ifa edirlər, o insanlar sanki daha çox populyarlaşırlar, ulduz onlar olurlar.

Əvvəllər mahnılar uzun olurdu, indi qısalıb. Artıq 2 dəqiqəyə endiriblər. İnformasiya çox qısalıb, "Salam" əvəzinə “Slm” yazırlar.

Nadir hallarda Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova, İlhamə Quliyeva kimi hər yaş dövründə nə oxudularsa, “tutuzdururlar”. İndi nə qədər sevilən ifaçılar olursa olsun, istər Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya olsun əvvəlki kimi effekt görmək qeyri-mümkündür. Ard-arda klip, mahnı çıxarırlar, indi belə deyil”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!