Keçmiş icra başçısının qohumu qəza törətdi -   3 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısının qohumu qəza törətdi - 3 nəfər öldü

Hadisə

11 Aprel 2020 09:48 1413


Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Yenisabah.az Report-a istinadən bildirir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Yol qəzası nəticəsində 3 nəfər ölüb (Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Cəlal Azad oğlu Babayev), 3 nəfər isə (İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu) xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!