Keçmiş məhkum heroinlə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum heroinlə tutuldu

Kriminal

01 Fevral 2019 16:20 963


Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib. Sezar pizza

Araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!