Keçmiş məhkum müayinəyə gəldiyi klinikadan oğurluq etdi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum müayinəyə gəldiyi klinikadan oğurluq etdi

Kriminal

09 Sentyabr 2025 18:23 284


Bakıda həkim müayinəsinə gələn keçmiş məhkum klinikadan oğurluq edib.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Sərvər İsayev (ad və soyad şərtidir) əvvəllər oğurluq və digər cinayət əməllərinə görə dəfələrlə məhkum edilib. O, sonuncu dəfə 2023-cü ildə oğurluğa görə məhkum edilib və məhkəmənin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum olunub. Lakin Sərvər vaxtından əvvəl azadlığa buraxılıb.

Azadlığa buraxılandan bir neçə gün sonra o, daxili orqanlarını müayinə etdirmək adı ilə Bakıdakı özəl klinikalardan birinə gəlib. Həkimin qəbul növbəsində gözləyərkən masanın üzərində cərəyana qoşulmuş mobil telefon görüb. Növbədə pasiyentlərin çox olmasından istifadə edən Sərvər mobil telefonu oğurlayaraq klinikadan çıxıb evlərinə qayıdıb. pizza hut

Klinikanın kamera görüntüsü vasitəsilə oğurluq hadisəsi qeydə alındığından Sərvəri tapmaq çətin olmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə o saxlanılaraq istintaqa cəlb olunub.

Xətai Rayon Məhkəməsinin hökmü ilə S.İsayev bir il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!