Keçmiş “Mossad“ rəhbəri: “İsrail üçün ən böyük təhlükə özümüzük“

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş “Mossad“ rəhbəri: “İsrail üçün ən böyük təhlükə özümüzük“

Dünya

11 İyun 2022 11:05 928


"Özümüz İsrail üçün ən böyük təhlükəyik, nəinki İran".

Yenisabah.az “Yedioth Ahronoth” istinadla xəbər verir ki, bunu "Mossad"ın keçmiş rəhbəri Tamir Pardo deyib.

O, 1967-ci ildən bəri dəqiq strategiyanın olmamasına işarə edərək bunu İsrail üçün "ən böyük təhlükə" adlandırıb. Marqarita pizza

Keçmiş kəşfiyyat rəhbəri Tamir Pardo deyib ki, rejim üçün ən böyük təhlükə İran və ya Fələstin deyil:

"Ən böyük təhlükə İsrail və ya israillilərin özləridir. İsrail 1967-ci ilin iyun müharibəsindən bəri strategiyası olmayan bir ölkədir və heç bir İsrail rəsmisi növbəti 30 ildə yəhudilər üçün necə bir dövlət qurmaq istəyi ilə bağlı sualına cavab verə bilməz.

İsraildə illərdir artmaqda olan özünüməhv sistemi onun üçün ən böyük təhlükədir və bu, eramızdan əvvəl 516-cı ildə baş vermiş İkinci Məbədin dağıdılması dövrünə bənzəyir. İsrail parçalanır və daxili çəkişmələrin kritik və tarixi dövrünü yaşayır. Hər yeni hökuməti narahat edən fikir ayrılıqlarıdır. Xüsusən də, Benyamin Netanyahunun rəhbərlik etdiyi müxalif Likud partiyası həmişə əvvəlki seçkilərin nəticələrini tanımaqdan imtina edib. Yemina Partiyası və Naftali Bennetin ölkədə hakimiyyətə gəldiyi seçkiləri də. Netanyahu həmişə Tel-Əvivdə hakim koalisiyanı devirməyə çalışır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!