Keçmiş nazir canlı efirdə millət vəkilini şillələdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir canlı efirdə millət vəkilini şillələdi - Video

Dünya

11 İyun 2021 11:25 1617


Pakistanın keçmiş Federal İnformasiya Naziri Firdous Aşiq Avan canlı yayımda mübahisə etdiyi millət vəkilinə yumruq atıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanda Federal İnformasiya və Yayım naziri vəzifəsində çalışan Firdous yerli bir televiziya proqramlarından birinə qatılıb.

Canlı yayım zamanı Pakistan Xalq Partiyası Millət vəkili Qadir Mandoxe ilə keçmiş nazir arasında gərginlik yaşanıb. Keşmiş nazir onu korrupsiyada günahlandırıb və canlı yayımda ona yumruq atıb. pizza sifarişi

Canlı yayımda yaşanan skandaldan sonra sosial media hesabında yayımladığı açıqlamada sabiq nazir millət vəkilinin onu təhqir etdiyini bildirib. Onun iddialarına görə efirdə kadrlar yarımçıq yayımlanıb və məsələ təktərəfli təqdim edilib:

"Canlı yayım zamanı Pakistan Xalq Partiyasının millət vəkili Qadir Mandoxel məni təhdid etdi. Mərhum atamı və məni təhqir etdi. Özümü qorumaq üçün hisslərimi cilovlaya bilmədim və bu addımı atdım”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!