Keçmiş prezident 14 il həbs cəzasına məhkum edildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş prezident 14 il həbs cəzasına məhkum edildi

Dünya

27 Noyabr 2025 01:20 677


Peru məhkəməsi ölkənin keçmiş prezidenti Martin Viskarranı korrupsiya işi üzrə 14 il həbs cəzasına məhkum edib.

"Yeni Sabah" xəbər verir ki, iclas RPP radiostansiyası tərəfindən yayımlanıb.

Viskarra bir maddə üzrə səkkiz, digər maddə üzrə isə altı il həbs cəzası alıb. Toyuqlu pizza

"Bütün cinayətlərə görə ümumi cəza 14 ildir. Cəza qüvvədə olmalı və dərhal icra edilməlidir", - hakim bildirib.

İstintaqın versiyasına görə, Viskarra Mokequa departamentinin qubernatoru olarkən (2011-2014) müxtəlif layihələr üzrə tenderlərdə iştirak edən şirkətlərdən rüşvət alıb. Siyasətçi təqsirini inkar edir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!