Keçmiş rejissordan məhkəməyə şikayət verildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş rejissordan məhkəməyə şikayət verildi

Şou

17 Fevral 2026 15:14 386


Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva məhkəməyə şikayət edilib.

"Yeni Sabah" xəbər verir ki, həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və xanımı aktrisa Nərmin Əhmədova onun barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb. Dördpendirli pizza

Nərmin və Əfsun Əhmədovlar xüsusi ittiham qaydasında şikayətlərində sabiq rejissoru sosial şəbəkədə çıxışları zamanı onların barəsində səsləndirdiyi böhtan xarakterli məlumatlar yaymaq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda günahlandıraraq Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə mühakimə olunmasını istəyiblər.

Qeyd edək ki, şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!