Keçmiş sevgilisi tanınmış blogeri döyüb - Təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş sevgilisi tanınmış blogeri döyüb - Təfərrüatlar

Hadisə

27 Mart 2025 21:44 390


Tanınmış influenser Danla Bilic keçmiş sevgilisi Berk Çetinin davamlı zorakılıq və təzyiqləri ilə mübarizə aparır. 

OLAY yazır ki, yanvar ayında başa çatan münasibətlərindən sonra Bilic ciddi təhlükələrlə üzləşib. 

Onun israrlı izləmə, fiziki zorakılıq, evinə və iş yerinə basqın kimi hallara məruz qaldığı iddia olunur. pizza mizza

İddialara görə, Berk Çetin dəfələrlə Danla Biliclə əlaqə yaratmağa çalışıb, onu həm telefonla, həm də ətrafındakı şəxslər vasitəsilə narahat edib. Hətta kuryer qiyafəsində evinə gələrək qapısını zorla açmağa çalışıb, avtomobilini izləyib, sürücüsünü döyüb, Bilicin yaşadığı ünvanı öyrənərək ona hücum çəkib.

Hadisələrdən sonra məhkəmə qərarına – uzaqlaşdırma hökmünə baxmayaraq, Çetinin idman klubunda Danla Bilicə yumruq atdığı, son olaraq isə Arnavutköydə yerləşən iş yerinə gələrək bir daha həmin qərarı pozduğu və polis gəlməmiş ərazidən uzaqlaşdığı bildirilir.

Fiziki və mənəvi baxımdan böyük təzyiq altında olduğu bildirilən Danla Bilic prokurorluğa təhlükəsizlik kamerası görüntüləri ilə birlikdə müraciət edib və daha ciddi tədbirlərin görülməsini tələb edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!