Keçmiş sovet respublikaları Rusiyanın təcavüzünə məruz qalarsa... 

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş sovet respublikaları Rusiyanın təcavüzünə məruz qalarsa... 

Siyasət

09 İyun 2022 13:38 1059


“Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra qonşu ölkələrdə onların təhlükəsizliyi və suverenliyilə bağlı əsaslı narahatlıq yaranıb. Vladimir Putinin etdiyi bütün ölkələr üçün siqnal oldu ki,  o, sərhədləri tanımır və bu, onun hərbi ambisiyalarıdır”. 

Bu barədə cümə axşamı brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Turan-ın “Azərbaycan və ya digər keçmiş sovet respublikaları da Ukrayna kimi təcavüzə məruz qalarsa, ABŞ onlara hərbi dəstək göstərəcəkmi?” sualının cavabında bildirib.  

“Təəssüf ki, Rusiya çox irrasional və gözlənilməz hərəkət edə bilər. Mən region ölkələrinin niyə belə narahat olduqlarını başa düşürəm”. pizza sifarişi

"Düşünürəm ki, ABŞ bütün ölkələrin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcək. Əgər biz belə təhdidləri görsək, müvafiq və mütənasib tədbirlər görüləcək", - səfir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!